İspan Venses Palau Fernandesin kolleksiyasında nə az, nə çox 3615 mobil telefon var.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselona şəhər sakini 2008-ci ildən mobil telefonları toplamağa başlayıb. İlk ekzemplyarlar vaxtilə işlətdiyi telefonlardı.
Kolleksiyanın özəlliklərindən biri "Nokia" istehsalı olan bütün telefon markalarının olmasıdır. Bundan başqa kolleksiyada fərqli firmaların istehsal etdiyi və kütləvi buraxılışı olmayan telefonlar da var.
Yeri gəlmişkən, indiyə kimi qazandığının böyük hissəsini mobil telefonlara xərcləyən Fernandes buna görə peşman deyil. O, çətinliklərə baxmayaraq, kolleksiyasını genişləndirməyi düşündüyünü deyir.
L.Tağıyeva
çap et