525.Az

Şagirdlərdən qeyri-adi tapıntı


 

Şagirdlərdən qeyri-adi tapıntı<b style="color:red"></b>

Yakutiyanın Xanqalassk rayonu ərazisində ekskursiyaya çıxan şagirdlər maraqlı arxeoloji tapıntıya səbəb olublar.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar tərk edilmiş karyerdə böyük mamont dişi tapıblar. 

Böyüklərin köməyi ilə torpaqdan çıxarılan dişin diametri 35, uzunluğu isə 109 sm-dir. Tapıntını qeyri-adi edən də onun ölçüsüdür.

Qeyd edək ki, Milan muzeylərinin birində saxlanılan ən böyük mamont dişinin uzunluğu 89 sm-dir.

L.Tağıyeva

 





20.08.2024    çap et  çap et