525.Az

Türkiyə Ordusu şəhid verib


 

Türkiyə Ordusu şəhid verib<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə- Kilit” əməliyyat bölgəsində şəhid verib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat bölgəsində əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan mütəxəssis çavuş Muhammed Emin Önk şəhid olub.

 





20.08.2024    çap et  çap et