525.Az

“ABŞ-ın Çinlə Filippin arasında dəniz məsələlərinə qarışmaq hüququ yoxdur”


 

“ABŞ-ın Çinlə Filippin arasında dəniz məsələlərinə qarışmaq hüququ yoxdur”<b style="color:red"></b>

Cənubi Çin dənizi məsələsində tərəf olmayan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çin və Filippin arasında dəniz məsələlərinə qarışmaq hüququ yoxdur.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin bildirib.

Bazar ertəsi Çinin Nanşa arxipelaqındakı Sianbin rifi yaxınlığındakı sulara Filippin Dəniz Polisinin iki gəmisinin icazəsiz daxil olmasından sonra ABŞ Pekinin Cənubi Çin dənizindəki hərəkətlərini tənqid edib.

Mao Nin vurğulayıb ki, Filippin Çinin hüquqlarını pozan ilk ölkə olub. Çin öz ərazi suverenliyini, eləcə də dəniz hüquq və mənafelərini qorumaq üçün qanuna uyğun tədbirlər görüb və bu, qanuni addımlar heç bir tənqidə layiq deyil.

Onun sözlərinə görə, ABŞ Cənubi Çin dənizi məsələsində tərəf deyil və  Çin və Filippin arasında dəniz mübahisələrinə qarışmaq hüququ yoxdur.  Birləşmiş Ştatlar  Filippinlə qarşılıqlı müdafiə müqaviləsindən Cənubi Çin dənizində Çinin suverenliyini və hüquqlarını pozmaq üçün bəhanə kimi istifadə etməməlidir.

“Birləşmiş Ştatlar regionda qarşıdurmanı qızışdırmağı dayandırmalı və regional sabitliyi pozmaqdan, gərginliyi gücləndirməkdən çəkinməlidir”, - Çin rəsmisi əlavə edib.

Pərvanə Sultanova

 





20.08.2024    çap et  çap et