Rusiyada sərnişinlərdən biri təyyarədə bomba olması ilə bağlı zarafatına görə böyük miqdrda cərimələnib.
525.az xəbər verir ki, 41 yaşlı kişiyə stüardessa bel çantasını salonun yük rəfinə qoymağı təklif edib. O isə gülümsəyərək, çantada bomba ola biləcəyini deyib.
Bundan sonra bütün sərnişinləri yenidən yoxlamadan keçiriblər. Yalan danışan kişiyə qarşı cinayət işi açılıb və 200 min rubl (3700 AZN-dən çox) cərimə edilib.
Qeyd edək ki, hadisə Ufa-Koqalım reysi üzrə uçan təyyarədə baş verib.
Pərvanə Sultanova
çap et