Şimali Atlantika Alyansının (NATO) qoşunları faktiki olaraq Ukraynadan keçməklə Kursk vilayətinin ərazisinə daxil olub.
525.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.
“Bu, Qərb, NATO və ABŞ-ın Rusiyaya təcavüzüdür. Biz öz qoşunlarımızı – proksi qoşunlarımızı Rusiyaya gətirdik”, - o bildirib.
Conson vəziyyətə başqa cür baxmağı və Rusiyanın dəstəyi ilə Meksika ordusunun ABŞ-a hücumunu təsəvvür etməyi təklif etdi. Onun sözlərinə görə, Vaşinqton belə bir hücumu xüsusi əməliyyat deyil, müharibə aktı kimi qiymətləndirərdi və Meksikanı məhv etməyə başlayardı.
Analitik xatırladıb ki, Rusiyanın böyük hərbi və iqtisadi potensialı var ki, bu da Kiyevin müttəfiqlərinin Ukraynanı silahla təmin etmək imkanlarından qat-qat çoxdur.
Bundan əvvəl Conson bildirib ki, rus qırıcıları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsinə mane olub. O, Qərbin Rusiyaya güclü zərbə vurduğu barədə bəyanatlarına baxmayaraq, Ukrayna qoşunlarının hərəkət variantlarının getdikcə azaldığını və bunun Kiyev üçün fəlakətə çevrilə biləcəyini söyləyib
Pərvanə Sultanova
çap et