525.Az

Demokratik Konqoda gəmi qəzasından sonra 200-dən çox insan itkin düşüb


 

Demokratik Konqoda gəmi qəzasından sonra 200-dən çox insan itkin düşüb<b style="color:red"></b>

Konqo Demokratik Respublikasının (Konqo DR) mərkəzi hissəsində yerləşən Lukeni çayında gəminin batması nəticəsində 200-dən çox insan itkin düşüb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Konqonun “Actualite” xəbər portalı məlumat yayıb.

“Gəmi avqustun 18-də axşam saatlarında göyərtəsində 300 sərnişin ilə Macoko qəsəbəsindən yola düşüb. Qaranlıqda o, maneəyə çırpılıb və aşıb. 43 nəfər özünü sahilə çatdıra bilib, 3 nəfərin meyiti aşkar edilib. Qalanları itkin düşmüş hesab olunur və onların axtarışlar davam etdirilir”, - məlumatda bildirilir.

 





20.08.2024    çap et  çap et