525.Az

Niderlandda ukraynalı qaçqınlar üçün mərkəz bağlanacaq


 

Niderlandda ukraynalı qaçqınlar üçün mərkəz bağlanacaq<b style="color:red"></b>

Niderlandın Utrext şəhərindəki ukraynalı qaçqınlar üçün mərkəz həddindən artıq sıxlıq səbəbindən bağlanacaq.

525.az xəbər verir ki, bu barədə “Trouw” nəşri hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, mərkəz ölkəyə gələn ukraynalılar üçün müvəqqəti yaşayış yeri kimi nəzərdə tutulmuşdu.

Mərkəzin tutumu 140 nəfər olsa da, bu norma artıqlaması ilə dolub. Problem bir çox ukraynalının uzunmüddətli ev tapa bilməməsi və onların düşərgədə qalma müddətinin bir neçə aya çatması nəticəsində yaranıb.

Şəhərin bələdiyyəsinin rəsmi nümayəndəsi Marten Qrupstra bildirib ki, Niderlandda insanları qəbul etmək üçün daha çox yer olmalıdır, əks halda şəhərdəki müvəqqəti mərkəz artıq nəzərdə tutulduğu kimi fəaliyyət göstərməyəcək. O deyib ki, mərkəzdəki sanitar şərait bu qədər insanın tələbatını ödəmir.

Nəşr yazıb ki, indi əksər qaçqınlar özləri mənzil tapmalı olacaqlar. Daha əvvəl subay kişi və qadınları, uşaqsız cütlüklər Utrext düşərgəsində yerləşdirməkdən imtina edilib.

Ukraynalı qaçqınlar Niderlandda sığınacaq axtararkən çətinliklərlə üzləşməyə başlayıblar, onların bir çoxu hakimiyyətin diqqətindən yayınıb və gələcəkləri taleləri naməlum olaraq qalıb.

Pərvanə Sultanova

 





20.08.2024    çap et  çap et