Ötən həftə Rusiyada koronavirusa yoluxanların sayı bundan əvvəlki həftə ilə müqayisədə 31,4 faiz çoxalıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yoluxma faktı ölkənin 71 regionunda müşahidə edilib. Onlardan 17-də göstərici orta həddən xeyli yuxarı olub.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 12-18 avqustda 1409 nəfər xəstəxanaya yerləşdirilib. 10.558 nəfər isə tam sağalaraq evə buraxılıb.
Qeyd edək ki, məlumatda hər 100 min nəfərdən 9,21-nin koronavirus xəstəsi olduğu da bildirilir.
L.Tağıyeva
çap et