525.Az

İtaliyada yaxta batdı, bir neçə milyonçu itkin düşdü


 

İtaliyada yaxta batdı, bir neçə milyonçu itkin düşdü<b style="color:red"></b>

Palermo şəhəri yaxınlığındakı Portiçello kəndinin dənizlə sahilində dəbdəbəli yaxta batıb.

525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.

Uzunluğu 56 metr olan yelkənli yaxtada Britaniya, ABŞ və Kanada vətəndaşları da daxil olmaqla ümumilikdə 22 sərnişin var imiş. Onlardan 16-ı xilas edilsə də, 7 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları davam edir.

Britaniyalı biznesmen, milyarder Maykl Linç və 18 yaşlı qızı, ABŞ-nin "Morgan Stanley" bankının sədri Conatan Blumer, 
yaxtanın baş aşpazı da itkin düşənlər arasındadır.

Qeyd edək ki, "Bayesian" adlı yaxtanın batmasına qasırğa səbəb olub. Gəmi sahildən 800 metr uzaqlıqda dənizin 49 metr dərinliyindədir.

L.Tağıyeva

 





21.08.2024    çap et  çap et