Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirmək üçün Ukrayna Silahlı Qüvvələrinə silah göndərilməsi fəlakətdir.
525.az xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini, Şimal Liqası partiyasının nümayəndəsi Matteo Salvini deyib.
“Ukraynanın özünü müdafiə etməsi üçün nəzərdə tutulan humanitar və hərbi yardım həmişə Şimal Liqasının razılığını alıb. Fəlakət, dramatik dünya münaqişəsinin astanası Rusiya ərazisinə hücum üçün silahların göndərilməsi olacaq”, - siyasətçi bildirib.
Salvini onu da xatırladıb ki, partiyası Avropa Parlamentində Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək təşəbbüslərinin əleyhinə səs verib.
Mayın 30-da İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Ukrayna Rusiyaya hücum etmək üçün İtaliya silahlarından istifadə edə bilməz. O əmin edib ki, ölkə Rusiya ilə müharibə aparmadığı üçün Ukrayna ərazisinə bir nəfər belə əsgər göndərməyəcək.
Pərvanə Sultanova
çap et