525.Az

Çexiya prezidenti Rusiya və Ukraynanı danışıqlar üçün razı salmağa çağırıb


 

Çexiya prezidenti Rusiya və Ukraynanı danışıqlar üçün razı salmağa çağırıb<b style="color:red"></b>

Ukrayna və Rusiyanı nizamlanma üzrə danışıqlara başlamağa inandırmaq lazımdır. Bu məsələdə xüsusilə ABŞ və Çin yardım göstərə bilər.

525.az  xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel “Novinky” nəşrinə deyib.

Onun sözlərinə görə,  hər iki tərəfi siyasi məqsədlərə hərbi tədbirlərlə nail olmağın mümkünsüz olduğuna inandırmaq üçün kifayət qədər güc lazımdır. Bu, cari ildə, gələn il və ya bir neçə ildən sonra baş verə bilər. Qaynar mərhələdən münaqişə dondurulmuş münaqişəyə çevrilə və bu, illərlə davam edə bilər.

“Mən daha çox inanıram ki, bir neçə ildən sonra hər iki tərəf anlayacaq ki, münaqişəni davam etdirmək mümkün deyil və danışıqlar aparılacaq. ABŞ və ya Çin buna əhəmiyyətli töhfə verə bilər", - Çexiya prezidenti əlavə edib.

O, Avropa İttifaqının mövqeyini şərh edərkən deyib ki, Aİ böyük iqtisadi və siyasi qüvvə olmasına baxmayaraq, bu vəzifənin öhdəsindən təkbaşına gələ bilməz. Onun fikrincə, ABŞ və dünyanın digər demokratik dövlətləri ilə vahid yanaşma lazımdır.

Petr Pavel bildirib ki, Çexiya Ukraynanı, xüsusən də Praqa silah tədarükü təşəbbüsü vasitəsilə dəstəkləməyə davam etmək niyyətindədir: “Fevral ayında biz 500 min ədəd sursatın tədarükü üçün müqavilə bağladıq. İlin sonuna qədər Ukrayna aylıq 80-100 min ədəd silah-sursat alacaq.  Münaqişə davam edərsə, gələn il də sursat tədarükünü davam etdirə biləcəyik”.

Pərvanə Sultanova

 





21.08.2024    çap et  çap et