Danimarkalı tələbə-arxeoloq vikinglərə aid 7 gümüş qolbaq tapıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Qustav Brunsqaar qədim əşyaları Orxus şəhəri yaxınlığında qədim yaşayış məntəqəsi ərazisində metalaxtaran qurğu vasitəsilə aşkar edib.
O, qolbaqları Mosqard Etnoqrafiya Muzeyinə təhvil verib. Mütəxəssislər ümumi çəkisi 500 qram olan qolbaqların e.ə. 800-ci illərdə vikinglər tərəfindən hazırlandığı qənaətinə gəliblər.
L.Tağıyeva
çap et