525.Az

Tayvan hərbi xərclərini rekord həddə çatdırır


 

Tayvan hərbi xərclərini rekord həddə çatdırır<b style="color:red"></b>

Çinlə müharibə təhlükəsi yaşayan Tayvan hərbi xərclərini rekord məbləğdə artırır.

525.az “Bloomberg”ə istinadən xəbər verir ki, ölkənin hərbi xərcləri 647 milyard Tayvan dollarına (20,2 milyard ABŞ dolları) çatdırılıb. Bu, ötən illə müqayisədə 7,7 faiz çoxdur və Tayvanın təxmin olunan ÜDM-nin 2,45 faizini təşkil edəcək.

Bildirilir ki, hərbi xərclərə ayrılan məbləğin 247 milyardı (Tayvan dolları) ABŞ-dan yeni qırıcıların alınmasına sərf olunacaq.

İbrahim Cəfərov

 





22.08.2024    çap et  çap et