525.Az

Təyyarədə bomba həyəcanı - Qəza enişi etdi


 

Təyyarədə bomba həyəcanı - <b style="color:red">Qəza enişi etdi</b>

Bu gün "Air İndia" aviaşirkətinə məxsus təyyarənin pilotu təyyarə havada ikən bomba xəbərdarlığı alıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mumbay-Trivandram reysi ilə uçan sərnişin təyyarəsi Trivandram hava limanına qəza enişi etdikdə artıq, orada yanğınsöndürənlər, tibb işçiləri, təhlükəsizlik xidmətinin əməkdaşları və polis hazır vəziyyətdə olub. Aeroportda isə fövqəladə vəziyyət elan edilib. Sərnişinlər təxliyyə edildikdən sonra təyyarə xüsusi əraziyə aparılıb. 

Qeyd edək ki, aviaşirkətdən verilən məlumata görə, göyərtədə olan 135 sərnişinin hamısının sağlamlıq durumu qaydasındadır. Hazırda hava limanı adi rejimdə fəaliyyət göstərir.

L.Tağıyeva

 





22.08.2024    çap et  çap et