525.Az

121 telefon oğurladı, 10 gün sonra ələ keçdi


 

121 telefon oğurladı, 10 gün sonra ələ keçdi<b style="color:red"></b>

İsveçrə gömrükçüləri oğurluq telefonları İtaliyaya keçirmək istəyən Rumıniya vətəndaşını saxlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Sürix-Milan qatarında sərnişinləri və əşyalarını yoxlayarkən, xüsusi gizlədilmiş yerdə falqaya bükülmüş 121 telefon aşkarlayıblar.

Araşdırmadan sonra 71 "iPhone", 29 "Samsung" və digər markalardan olan telefonların avqustun 10-da Sürixdə keçirilmiş "Street Parade" festivalının ziyarətçilərindən oğurlandığı məlum olub.

40 yaşlı rumıniyalı yerindəcə həbs edilib. Polis indi mobil telefonların sahiblərini axtarmaqla məşğuldur.

L.Tağıyeva

 





22.08.2024    çap et  çap et