525.Az

Çində kütləvi toy - məqsəd  toy mərasimlərini sadələşdirməkdir


 

Çində kütləvi toy - məqsəd  toy mərasimlərini sadələşdirməkdir<b style="color:red"></b>

Sentyabrın 22-də Çində kütləvi toy mərasimi keçiriləcək. Artıq mərasimə hazırlıq işləri başlayıb.  

525.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, kütləvi toyda Honq-Konq, Makao və Tayvandan yeni evlənənlər də daxil olmaqla ümumilikdə 5 min cütlük iştirak edəcək.

Ümumçin Qadınlar Federasiyası və digər beş qurumun təşkil edəcəyi ənənəvi Çin toy mərasiminin məqsədi toyların sadələşdirilmiş formalarını təbliğ etmək və həddindən artıq nişan hədiyyələri kimi köhnəlmiş adətlərdən imtina etməkdir.

Tədbir Pekində baş tutacaq və mərasimlər bütün ölkə üzrə yayımlanacaq. Yeni evlənənlər nikah şəhadətnamələrini federasiyanın rəsmi WeChat hesabı vasitəsilə təqdim edərək kütləvi toyda iştirak etmək üçün müraciət edə bilərlər.

Çin Xalq Respublikasının Mülki İdarəetmə Nazirliyinin məlumatları göstərir ki, 2023-cü ildə Çində 7,68 milyon nikah qeydə alınıb ki, bu da  2022-ci ilə nisbətən 12,4 faiz çoxdur.

Çin bu yaxınlarda nikah qeydiyyatı prosesini sadələşdirərək elan etdi ki, artıq cütlüklər nikahlarını qeydiyyatdan keçirərəkən sakinlər üçün ev təsərrüfatlarının qeydiyyat kitablarını təqdim etməli olmayacaqlar.

Pərvanə Sultanova

 





22.08.2024    çap et  çap et