525.Az

Livanda 2023-cü ilin payızından bəri 260-a yaxın insan ağ fosfordan zəhərlənib


 

Livanda 2023-cü ilin payızından bəri 260-a yaxın insan ağ fosfordan zəhərlənib<b style="color:red"></b>

2023-cü ilin payızından bu yana 260-a yaxın livanlı İsrailin ölkənin cənub rayonlarını bombardman edərkən istifadə etdiyi ağ fosfordan zəhərlənmə yaşayıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Livanın “Al Wataniya” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“2023-cü ilin oktyabrından bu il avqustun 20-dək ən azı 257 nəfər fosfor zəhərlənməsindən əziyyət çəkib. Livanın “Hizbullah” hərəkatı ilə İsrail arasında silahlı eskalasiya başlayandan bəri Livanda ümumilikdə 564 nəfər ölüb”, - məlumatda bildirilir.

Qurumun məlumatına görə, ötən ilin payızından indiyədək azı 110 099 nəfər İsrailin hücumları nəticəsində ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, iyunun 27-də “Financial Times” qəzeti radar və peyk məlumatlarına istinadən İsrailin demək olar hər gün “Hizbullah” hədəflərini beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən atəşə tutması nəticəsində İsrailin Livanla sərhədi boyunca 5 kilometrlik zonanın yaşayış üçün tam yararsız hala çevrildiyini açıqlamışdı.

 





22.08.2024    çap et  çap et