525.Az

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib


 

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib<b style="color:red"></b>

Venesuelanın Ali Məhkəməsi iyulun 28-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini təsdiqləyib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin sədri Karisliya Rodriqes “Venezolana de Television” kanalının yayımladığı məlumatda bildirib.

“Seçki materiallarının tədqiqi, Milli Seçki Şurasının 2024-cü il iyulun 28-də elan etdiyi və 2025-2031-ci illər konstitusiya dövrü üçün Venesuela Bolivar Respublikasının Prezidenti, vətəndaş Nikolas Maduro Morosun qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiq edir.", - deyə o bildirib.

 





22.08.2024    çap et  çap et