Tailandın şərq hissəsində kiçik ölçülü təyyarə qəzaya uğrayıb.
525.az BELTA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində təyyarədə olan 9 nəfərin hamısı həyatını itirib. Həlak olanlardan 5-i Çin vətəndaşı, 2-si ekipaj üzvü, 2-si isə pilot olub.
Daxili çarter reysləri yerinə yetirən “Cessna Caravan C208” təyyarəsi manqrovlara çırpılıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Taylandın Mülki Aviasiya İdarəsindən isə hadisə ilə bağlı bildirilib ki, təyyarə Banqkok Beynəlxalq Hava Limanından havaya qalxdıqdan az sonra hava nəqliyyatı idarəetməsi ilə əlaqəni itirib və radardan itib.
İbrahim Cəfərov
çap et