ABŞ administrasiyası Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki yardım paketinin məbləği 125 milyon dollar təşkil edir. Sözügedən məbləğin ayrılmasının artıq bu gün rəsmən açıqlanacağı ehtimal edilir.
Hərbi yardım paketinə Javelins tank əleyhinə sistemlər, hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS raket sistemləri üçün sursatlar və s. daxildir.
Vaşinqton həmçinin Kiyevə PUA-larla mübarizə üçün texnika, 155 və 105 mm-lik artilleriya sursatları və maşınlar göndərəcək.
Qeyd edək ki, yeni paketlə hərbi münaqişə başladığı dövrdən ABŞ-nin Ukraynaya ayırdığı yardımın ümumi məbləği 55,7 milyard dollara çatıb.
İbrahim Cəfərov
çap et