525.Az

İslandiyada vulkan püskürür - şəhər boşaldıldı


 

İslandiyada vulkan püskürür - <b style="color:red"> şəhər boşaldıldı</b>

İslandiyanın Reykjanes yarımadasında baş vermiş zəlzələdən sonra vulkan püskürür.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət bölgədə fövqəladə vəziyyət elan edib.

Vulkan püskürməsi dünən gecədən başlayıb. Artıq yaxınlıqdakı Qrindavik şəhəri boşaldılıb. Meteoroloji xidmətin məlumatına görə, zəlzələdən sonra yaranmış çat 3,9 km uzunluğundadır. Vulkanik lava 6 km/saat sürətlə hərəkət edir.

Qeyd edək ki, İslandiyada 33 aktiv vulkan sistemi var. Bu, bu il Reykjanesdə baş verən beşinci vulkan püskürməsidir. Daha əvvəl vulkan yanvar, mart və may aylarında püskürüb.

İbrahim Cəfərov

 





23.08.2024    çap et  çap et