Azərbaycanın görkəmli ziyalısı, tanınmış jurnalist, yazıçı Cəmil Əlibəyov oktyabrın 27-də dünyasını dəyişib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mərhumla vida mərasimi bu gün Təzə Pir məscidində keçiriləcək. Cəmil Əlibəyovun cənazəsi saat 14-də məsciddən götürüləcək, Balaxanı qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunacaq.
1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olan Cəmil Əlibəyov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin şərqşünaslıq şöbəsini bitirib.
“Azərbaycan gəncləri” qəzetinin, “Kommunist” qəzetinin redaktoru, Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru və direktoru, “Yazıçı” nəşriyyatının baş redaktoru olub.
1990-cı illərdə “Novruz”, “Vahid” qəzetlərində baş redaktor postu tutub, “Elm və həyat” nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər, Yazıçılar və Kinematoqrafçılar ittifaqlarının üzvü olub.
Povestlərin, pyeslərin, ssenarilərin, publisistika kitablarının müəllifidir.
çap et