Tailandın turistik Pxuket adasının Karon bölgəsində torpaq sürüşməsi 8 nəfərin ölümünə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətə bir neçə gündür ki, davam edən leysan yağışlar səbəb olub.
Sürüşmə turistlərin qaldığı villalardan birini dağıdıb. Myanma, Tailand və Rusiya vətəndaşı olan 8 nəfər itkin düşüb.
Qeyd edək ki, onların sağ qalma ehtimalının olmadığı bildirilir. Ərazidə xilasedicilər cəsədlərin axtarışını davam etdirirlər.
L.Tağıyeva
çap et