525.Az

Kiyev və Odessada hərbçilərin maşınları yandırıldı


 

Kiyev və Odessada hərbçilərin maşınları yandırıldı<b style="color:red"></b>

Naməlum şəxslərin Kiyevdə od vurduqları 4 avtomobil tamamilə yanıb.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, daha bir neçə avtomobilə ziyan dəyib.

Daha bir avtomobil isə Odessada yandırılıb. Bütün nəqliyyat vasitələrinin hərbçilərə məxsus olduğu deyilir.

Bu, son 3 gündə naməlum şəxslər tərəfindən törədilən növbəti yanğındır. Srağagün Kiyev yaxınlığında yerləşən Darnitsk rayonunda da hərbi mikroavtobus yandırılaraq məhv edilmişdi.

Avtomobil "qatilləri"nin kimliyi məlum deyil. Onların bu əməlləri hərbi səfərbərliyə görə etdikləri ehtimal olunur.

Qeyd edək ki, eyni hal Vinnitsa, Rovno, Lvov və digər şəhərlərdə də təkrarlanıb.

L.Tağıyeva

 





23.08.2024    çap et  çap et