525.Az

Modi Ukrayna münaqişəsi tərəflərini dialoqa çağırıb


 

Modi Ukrayna münaqişəsi tərəflərini dialoqa çağırıb<b style="color:red"></b>

Ukraynadakı münaqişə tərəfləri danışıqlara başlamalı və böhranın həlli yolunu tapmalıdır.

525.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi avqustun 23-də Kiyevə səfəri zamanı deyib.

O bildirib ki, həll yolunu ancaq dialoq və diplomatiya yolu ilə tapmaq olar: “Biz isə vaxt itirmədən bu istiqamətdə hərəkət etməliyik. Bu böhrandan çıxış yolu tapmaq üçün hər iki tərəf birlikdə danışıqlar masası arxasına əyləşməlidir”.

Baş nazir əlavə edib ki, Ukraynaya sülh mesajı ilə gəlib. Hindistan münaqişənin sülh yolu ilə həlli istiqamətində istənilən səylərdə fəal iştirak etməyə hazırdır. Hökumət başçısı sülh təşəbbüslərinin həyata keçirilməsində özünün mütləq rol oynayacağını söyləyib.

Prezident Vladimir Zelenski isə münaqişəyə son qoymaq və ədalətli sülhə nail olmağın Ukrayna üçün prioritet olduğunu qeyd edib.

Pərvanə Sultanova

 





23.08.2024    çap et  çap et