525.Az

ABŞ Sudan məsələsində Rusiya və Çinlə dialoqa hazır olduğunu açıqlayıb


 

ABŞ Sudan məsələsində Rusiya və Çinlə dialoqa hazır olduğunu açıqlayıb<b style="color:red"></b>

Amerika hakimiyyəti Sudanda humanitar vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya və Çinlə əməkdaşlığa hazırdır.

525.az xəbər verir ki, bunu Amerikanın Sudan üzrə xüsusi nümayəndəsi Tom Perriello deyib.

"Belə iş birbaşa və ya dolayısı ilə BMT vasitəsilə mümkündür", - o əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yazından Sudanda Məhəmməd Həmdan Daqonun komandanlığı altında Çevik Dəstək Qüvvələri ilə nizami ordu arasında şiddətli döyüşlər gedir. Sudan hərbçiləri silah qaçaqmalçılığının qarşısını almaq üçün sərhəd keçidini bağlamaq qərarı ölkədə əhalinin böyük hissəsini aclıqla üz-üzə qoydu. Vəziyyət getdikcə daha təhlükəli hal alırdı. Bu günlərdə Sudan Çadla sərhədindəki Adre Sərhəd Qapısını üç ay müddətinə humanitar yardımın daxil olmasına icazə vermək üçün açmaq barədə  qərar qəbul edib.

Pərvanə Sultanova

 





23.08.2024    çap et  çap et