525.Az

Nərgiz Axundova: “Elmin sonu yoxdur, o daim hərəkətdədir”


 

AMEA-nın müxbir üzvü, Tarix elmləri doktoru Nərgiz Axundovanın “525”ə müsahibəsi

Nərgiz Axundova: “Elmin sonu yoxdur, o daim hərəkətdədir” <b style="color:red"></b>

Nərgiz xanım, tarix elminin bugünkü vəziyyətini qənaətbəxş hesab etmək olarmı? Tarixçilərimiz məlum hadisələr fonunda Azərbaycan tarixi ilə bağlı həqiqətləri olduğu kimi ölkə dünya ictimaiyyətinə çatdıra bilirlərmi?

Ümumən, ölkəmizin qədim dövrlərdən bu günə qədər tarixinin aktual problemlərinin tədqiqi sahəsində nailiyyətlərimizə nəzər salsaq, göstərilən fəaliyyət qənaətbəxş hesab oluna bilər. Məsələn, Azərbaycanın müxtəlif bölgələrində arxeoloji tədqiqatlar aparılır. Şəmkirdə, Qəbələdə digər rayonlarda qazıntılar xarici mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Onların nəticələri isə həm respublikada, həm elmi partnyorların vətənlərində nəşr olunur ki, bu da təqdirəlayiq bir haldır, çünki Azərbaycandan kənarda da elmi mühitin məhsuluna çevrilir.

Eyni zamanda, qədim tariximizin araşdırmaları, yazılı mənbələr məlumatları əsasında irəli sürülən müəyyən fikirlər mülahizələr maraq doğurur. Ölkəmizdən kənarda orta əsrlər tariximizin öyrənilməsi məsələlərinə dair dissertasiyalar yazılır, dünyanın bizim haqqımızda olan düşüncələrinə aydınlıq gətirilir. Son dövrlərdə hamını maraqlandıran Səfəvilər tarixinə dair, ermənilərin torpaq iddiaları probleminə, orta əsrlər mənbələrinin tərcüməsinə şərhlərinə aid kifayət qədər tədqiqatlar mövcuddur. Son illərdə istiqlal tarixi ciddi araşdırılmış, Cümhuriyyət tarixinə dair ensiklopediya hazırlanıb.

Müasir
tariximizə aid maraqlı tədqiqatlar meydana gəlib. Nailiyyətləri çox sadalamaq olar. Amma bütün bunlar o demək deyil ki, tarixin bütün problemlərini öyrənmişik. Tarixçilərimizin qarşısında hələ çox işlər durur. Düşünürəm ki, onların öhdəsindən gəlinəcək.

Azərbaycan xalqının keçmişi-tarixi ilə bağlı hələ Sovetlər dövründən tarixçilərimiz arasında fikir ayrılıqları olub. Bəzi tarixçilər-daha çox İqrar Əliyev tərəfdarları Azərbaycan xalqını farslarlaİranla əlaqələndirməyə çalışıblar, öz əsərlərində bunu sübut etməyə cəhd ediblər. Böyük əksəriyyət isə bizim türk kökənli olduğumuzu, farslarla heç bir bağlılığımız olmadığını vurğulayıblar. Siz bu məsələdə hansı mövqedəsiniz? Türk olduğumuzu söyləmək, etiraf etmək bəziləri üçün niyə bu qədər çətindir onlarda niyə qısqanclıq yaradır?

Sovet dövründə Azərbaycan tarix elmimin, yuvarlaq desək, iki mühüm problemi var idi : Etnogenez məsələsi, yəni biz, kimik, türk, yoxsa, fars-İran mənşəli Azərbaycan sosializmə hansı formasiyadan keçibfeodalizmdən, yoxsa, kapitalizmdən? Lakin müstəqillik dövrü ikinci məsələni aradan götürməklə, etnogenez problemini ön planda saxladı. Bu məsələ hamını maraqlandırır. Amma onu da demək lazımdir ki, hələ Sovetlər dövründə türk mənşəyini təsdiq etmək istəyənlərin sayı düşüncəsi üstünlük təşkil edirdi. Lakin Sovet elmi ( Stalin prinsiplərinə əsaslanaraq) bizi azərbaycanlı elan etməklə məsələni siyasiləşdirdi türkçülüyün tərəfdarları siyasi ittihamlara məruz qalaraq geriyə çəkildilər.

Mən düşünürəm ki, bu gün həmin məsələ öz həllini tapmaqdadır , cəmiyyətdə türkçülük ideyası üstün mövqedədir. Tarix İnstitutunda 3 cildlik Azərbaycan tarixi hazırlanır düşünürəm ki, həmin məsələ burada öz elmi həllini tapacaq. Doğrudur, Azərbaycanda digər etnik varlıqlar da mövcuddur, onların da etnik tarixinin obyektiv öyrənilməsi zəruridir. O ki qaldı qısqanclıq məsələsinə, burada bir sıra məqamlar var.

Məsələn
, köhnə düşüncə daşıcıları hələ elmdə cəmiyyətdə qalır. Təbii ki, zaman hər şeyi yerinə qoyacaq.

Sizcə, Azərbaycan tarixi tam tədqiq olunubmu düzgün şəkildə ortaya qoyulubmu?

Buna indiki dövrdə birmənalı cavab vermək olmaz. Tarixdə hələ xeyli araşdırılması zəruri olan məsələlər var. Elə yuxarıda danışdığımız etnogenez məsələsi. Hələ öyrənilməyən materiallar, mənbələrdə tapılan yeni faktlar illərlə formalaşmış müddəaları tam dəyişə bilər. Vatikanda, Hindistana, İngiltərədə, Türkiyədə sair ölkələrdə yeni materialların əldə edilməsi, bir sıra məsələlərə yenidən baxmağı zəruri edir. Elmin sonu yoxdur, o daim hərəkətdədir.

Ümumiyyətlə, tariximizə, keçmişimizə, milli adət-ənənələrimizə, milli dəyərlərimizə münasibət Sizi qane edirmi?

Qane etmir, deyə bilmərəm, xüsusilə tariximizi bilmək baxımından. Müstəqillik əldə ediləndən sonra xalqın özünüdərketmə prosesi gücləndi. Tariximizə maraq artdı, xarici alimlərlə birgə tədqiqatlar aparmaq imkanları yarandı, dünya elmi Azərbaycanın problemləri ilə maraqlandı bu da ümid verir ki, milli təəssübkeşlik hissləri öz yerini tam tutacaq. O ki qaldı adət-ənənələrimizə münasibət haqqında, demək istərdim ki, burada da vəziyyət yaxşıdır. Milli dini bayramların, mərasimlərin qeyd edilməsi demək olar ki, daha qənaətbəxşdir.

Tam məsuliyyəti ilə demək olarmı ki, yetişməkdə olan nəsil Azərbaycan tarixindən hərtərəfli xəbərdardır tarixinə, kökünə tam bağlıdır?

Təəssüf ki, bu suala birmənalı cavab vermək çətindir. Yetişməkdə olan nəslə daha çox oxumaq, öyrənmək məsləhət görmək olar. Məhz tarixi biliklər vətənpərvərlik, milli qürur hisslərini qaynaqlandırır vətənin gələcəyinə ümidlə baxmağa imkan verir.

Kamil HƏMZƏOĞLU

 





27.10.2014    çap et  çap et