Avqustun 24-25-də Tokioda keçirilməsi planlaşdırılan Afrika İnkişafı üzrə 9-cu Tokio Beynəlxalq Konfransının (TICAD9) Nazirlik Hazırlıq İclasında Yaponiyanın və BMT-nin Afrika üzv ölkələrinin yüksək rütbəli nümayəndələri iştirak ediblər.
525.az xəbər verir ki, TICAD9 Nazirlik iclası və yüksək rütbəli nümayəndələr iclasında iştirak etmək üçün dəvətlər Yaponiyanın Xarici İşlər Nazirliyi tərəfindən sadəcə BMT-nin Afrika üzv ölkələrinə göndərilib. Yaponiya ev sahibi və təşkilatçı ölkə olaraq, nə “Sədr” (Səhra Ərəb Demokratik Respublikası), nə də “Polisario”nu icasa dəvət etməyib. İclasda iştirak edən ölkələrin rəsmi siyahısında bu quruma yer verilməyib.
Yaponiya bu iclas daxil olmaqla müxtəlif hallarda nümayəndəsinin yekun bəyanatı zamanı açıq şəkildə və rəsmi olaraq qondarma “Sədr”i tanımadığını bildirərək bu qurumun nümayəndələrinə viza verməyib, onların viza sənədlərini və ya qondarma səyahət sənədlərini qəbul etməkdən qətiyyətlə imtina edib.
Onlar saxta şəxsiyyətlərdən istifadə edərək, Əlcəzair nümayəndə heyətinin üzvləri kimi Yaponiyaya daxil olublar. İclas otaqlarının təşkili zamanı isə yalnız Yaponiyanın dəvət etdiyi və BMT üzvü olan Afrika ölkələrinin lövhələri rəsmi nümayəndə heyətlərinin oturacaqlarının önündə sərgilənib.
Qondarma qurum hesab olunan “Sədr” bu siyahıya daxil edilməyib. Onlar Əlcəzair nişanları ilə iclas otağına daxil olublar. Onlardan biri çantasından qondarma qurumun adını daşıyan lövhəni çıxararaq masaya gizlicə yerləşdirib. Bu addım Mərakeş nümayəndə heyəti də daxil olmaqla bir çox iştirakçılar tərəfindən kəskin şəkildə pislənib.
Daha sonra iclasa sədrlik edən yaponiyalı yüksək rütbəli nümayəndə öz ölkəsinin “Sədr”i tanımadığını açıq şəkildə bəyan edib.
Qeyd edək ki, hazırda Mərakeşin suverenliyi altında Saharanın muxtariyyətinə dair plana beynəlxalq dəstək getdikcə artmaqdadır. Beynəlxalq birliyin bu plana razılığı onun etibarlı və ciddi olduğunu, habelə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və razılaşdırılmış siyasi həll üsulunun əldə edilməsi üçün əsas olduğunun qəbul edildiyini göstərir.
Pərvanə
çap et