525.Az

Dilarə xanıma məhəbbətlə, yaxud “O qadın kimdir?”


 

Dilarə xanıma məhəbbətlə, yaxud  “O qadın kimdir?”<b style="color:red"></b>

Bir vaxtlar, çox sevdiyim Turan Caviddən yazı yazanda onu möhtəşəm güzgüyə bənzətmişdim. Qədim, memarlığı göz oxşayan binaların divarlarından bizə baxan, nəfis çərçivəsi ağacdan yonulmuş möhtəşəm güzgüyə. Bu güzgünün qarşısında duranda adama elə gəlir ki, sən yox, güzgü sənə baxır. Özünə əl gəzdirmək əvəzinə, özünüyığışdırmaqistəyirsən, artıq-əskik bir hərəkət etməkdən çəkinirsən. Gözəl, qədim binalar azaldıqca qədim güzgülər seyrəlir.

Bu gün özüm-özümü təkrarlasam da, xoşbəxtəm ki, Güzgü-İnsan bildiyim bir İnsandan da yazacağam. Onu siz tanıyırsınız, ən azından görmüsünüz... 

O qadın kimdir?” Bu sualı dost-tanış illər öncə mənə az verməyib. Bir vaxtlar mərhum Prezident Heydər Əliyevi müşayiət edən jurnalistlər arasında tez-tez xarici səfərlərə gedərdim hər səfərdən qayıdanda eşitdiyim suallardan biri bu olardı:“O qadın kimdir? ilə məşğuldur?”Sıravi insanların marağını anlamaq çətin deyildi. O, həmişə kadrda idi:ciddi, bloknotu qələmi əlində... Onda mən çox qısa aydın cavab verərdim:“Dilarə xanım Seyidzadə. Prezidentin köməkçisi”...

O qısa cavabı verdiyim günlərin üstündən illər keçib. Kimlər üçünsə bu illər Dilarə xanımın çöhrəsində yeni izlər qoyub. Mənim üçünsə hər il, hər ay, hər gün  onun portretini tamamlayan cizgilər deməkdir. İndi istəsəm , o suala qısa cavab verə bilmərəm...

...Dilarə xanım mənim üçün çox ciddi insandır. Qazandığı titullar (o, tarix elmləri doktorudur, professordur), tutduğu vəzifə (Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisidir)bunu təsdiqləyir. Yalnız həyata ciddi münasibət bəsləyən insan bunları əldə edə bilər. Mənə elə gəlir ki, bu ciddiliyin kökü, hər şeydən əvvəl, onun evin böyük ağıllı qızı olmasından irəli gəlir. Bağır müəllimin ailəsində hədsiz istedadlı Fuad, ağıllı Dilarə gözəl Xoşqədəm böyüyürdü. İş elə gətirmişdi ki, o, məktəbə bir il tez getməli olmuşdu. Ondan bir yaş böyük Fuadın məktəb yaşı çatmışdı Dilarəni onunla birlikdə Təbrizdəki məktəbə qoymalı oldular. Həmin il balaca Dilarə üçün çox çətin keçdi. O bilmirdi ki, etmək lazımdır, daha doğrusu, “məktəb nədiranlaya bilmirdi. Bu sualın cavabını özü tapmalı oldu. Düşünürəm ki, Dilarə xanımın dərin səmimiyyətlə mənə danışdığı bu həyat hekayəsində (əgər təfərrüatlarda səhv edirəmsə, bağışlayın, söhbət ötən payızda olub) çox vacib bir məqam var. Bu məqam balaca, 6 yaşlı bir insanın ilk olduqca önəmli bir təcrübəni müstəqil qazanması idi. O qədər çətin olsa da, “Məktəb nədir? O buraya niyə gəlib?” suallarının cavabını ÖZÜ tapa bildi. düz bir il sonra xəbər yayılanda ki, baş konsul məktəbə baş çəkəcək, Dilarə anasına yalvarırdı , atam məndən şeir soruşsun. Baş konsul Bağır Seyidzadə məktəbə gələndə Dilarə Marşakın şeirlərini sevimli atası üçün dayanmadan birnəfəsə deyirdi...

Hər şeyi ağlın süzgəcindən keçirə bilmək. Üstəlik, yorulmadan çalışmaq qabiliyyəti, yaxşı mənada qarayaxa olmaq... Atası bu keyfiyyətləri görməsəydi, ona dərya qədər dərin bir isri tədqiq etməyi məsləhət bilməzdi. Yaşadığı ömür Bağır Seyidzadəyə şahidi olduğu bir çox hadisələri heç kimlə bölüşməməyi öyrətmişdi. Amma Dilarənin elmi araşdırmalarının istiqamətini seçməklə o, dolayı yolla da olsa, keçmişə, yaşadığı tarixə münasibətini bildirmişdi. Demişdi ki, Azərbaycan tarixinin ən şanlı dövrünü araşdırarkən mətbuata xüsusi fikir ver, xüsusən Füyuzata. Bu elə bir mövzu idi ki, onu tədqiq etməyə bir ömür az idi.  Dilarə xanım tədqiqata baş vurduqca buna bir daha əmin olurdu. Bağır müəllim bu dünyadan tez qəfil – 56 yaşında köçdü. Qeys xanım həyatın bütün keşməkeşlərinə baxmayaraq, Dilarəyə elmi işini davam etdirməyi, doktorluq dissertasiyasını da yazmağı məsləhət gördü. Qeys xanım həmin günü görməsə , yəqin, ruhu şad idi. Qızının doktorluq dissertasiyanı müdafiə etdiyi gün onun qırxına düşmüşdü...

Fədakarlıq... Bu son zamanlar insanlarda çox az-az hallarda rast gəldiyim bir keyfiyyətdir. Özünü fəda edə bilmək, eqonu bir kənara qoyub, evin-ailən üçün yaşamağı bacarmaq. Dilarə üçün bu, təkcə ailə üçün yaşamaq deyildi, həm ailəni yaşatmaq idiAtasız Fuadsız yaşatmaq. Bu o ailə idi ki, atanınöz sevgili xanımına məhəbbəti böyük bir nemət idi xanımını özünəən yaxşı arxasayırdı. Bu o ailə idi ki, bacı- qardaşı barədə belə fikirləşirdi: “Onu ətrafdakılarla müqayisə etdikcə, ona tay görmədikcə, mən qərara aldım ki, taleyimi heç zaman kiminləsə bağlamayacağam, yəni heç kimi onunla bir stol arxasında əyləşdirməyəcəyəm. Bu, bəlkə, bir qədər qəribə görünür. Amma bu, belədir”.

1972-ci ildə Fuadın faciəli ölümündən sonra Qeys xanımı hər gün, sözün əsl mənasında, yaşamağa səsləmək, xəstə gözəl Xoşqədəmə illərlə həm analıq, həm bacılıq etmək, bir sözlə, evə dayaq olmaq üçün insan özündə qədər mənəvi güc tapmalıdır? Bəlkə, o, gücünü yer üzünün ən balaca hələ ki gücsüz (fiziki gücü deyirəm) insanındanFuadın yadıgarı,dünyalarca sevdiyi Ülvidən alırdı?Bəlkə, mənsub olduğu ocağınSeyidzadələrin gözəgörünməyən ruhları idi onu təslim olmağa qoymayan? Bilirdi ki, həyat davam edir. Fuadın Dilarəyə Moskvada aspiranturada oxuduğu vaxtlarda yazdığı məktubdakı kimi:

Klarka, darıxma. Vaxt tez keçir. Allaha şükür, biz hamımız sağıq, sağlamıq həmişə bir yerdə olacağıq. Kapitan, başını uca tut, gəmi düzgün yoldadır. Öz işlərinlə məşğul ol, qalanı boş şeydir. Çətinliklər çoxaldıqca həyatın ritmi daha dəqiq olur. Demək, həyat davam edir, demək, axın var, hərəkət var. Əzizim, bu, dialektikadır”...

Bu məktub Dilarə xanımın mənə bir neçə il bundan öncəbağışladığıFuad Seyidzadə xatirələr karvanındakitabındandır. Dilarə xanım kitabı verəndə dedi ki, içini yaza bilmərəm, o, Fuadın kitabıdır, onu Fuad özü imzalayıb. Doğrudan da, kitabın cildində, arxada Fuadın öz imzası var... Bu çox kiçik incə nüans bir çox mətləblərdən, Dilarə xanımın xasiyyətinin hamının sezə bilmədyi məziyyətlərindən xəbər verir...

O, incə nəcib insandır, tükü-tükdən seçə bilir. Onun yerişi , jestləri , geyimi, hətta zövqlə taxdığı zinət əşyaları da, danışıq tərzi, seçdiyi sözlər, sözlərə çox diqqətli olması da kökdən-nəcabətdən, böyüdüyü mühitdən, bir sözlə, AİLƏdən gəlir. Sadaladığım keyfiyyətlər içərisində yalnız birininsözə diqqətinüzərində dayanmaq istəyirəm. Bağır müəllim görkəmli dövlət xadimi, diplomat olmaqla yanaşı, həm jurnalist tərcüməçi idi. Əmək fəaliyyətinə qəzetdə başlamışdı. Neft İnstitutunu bitirsə , təbii istedadı sözə, qələmə olduğundanGənc içşiqəzetinin baş redaktoru vəzifəsinə qədər yüksəlmişdi. Ömrünün sonlarında isə Azərbaycan Teleqraf Agentliyinin sədrinin müavini vəzifəsində çalışmışdı. O, Azərbaycan, rus, fransız fars dillərini mükəmməl bilirdi. Ailəsini dolandırmaq üçün Bağır müəllim tərcüməçilik edirdi. Bunu təsəvvür etmək qədər asan olmasa da, bu, bir həqiqət idi: Azərbaycan SSR-in mədəniyyət nazirinin müavini işləyən Bağır müəllim gecələr yuxunu israfçılıq sayaraq tərcümə ilə məşğul olurdu ki, ailəsi korluq çəkməsin. “Çörək ağdırsa, ağdır, qaradırsa, qaradır”. Bu, ailənin kredosu idi. Bağır müəllim öz halal zəhmətinin çörəyini yeyirdi, balalarına da bunu öyrədirdi.  Tərcüməçilik eyni zamanda, dünya ədəbiyyatının incilərini Azərbaycan oxucusuna çatdırmaq, bir övladlarına ana dilini sevdirməyin, bu dildə təmiz savadlı danışmağı öyrətməyin yollarından biri idi. Amma buna da qibtə edənlər tapıldılar. qədər qəribə gülünc səslənsə , onu mədəniyyət nazirinin müavini vəzifəsindən azad edəndə belə yazdılar:“Vəzifəsindən sui-istifadə edərək çoxlu sayda kitab tərcümə redaktə edərək 125 min manat (köhnə pulla) pul qazandığı üçün”...

Mən Dilarə xanımın jurnalistlərə rəğbətinin köklərini atasının gördüyü işə məhəbbətində tapıram. Həyat elə gətirdi ki, Dilarə xanım tutduğu vəzifədə bir neçə bir-birinə yaxın sahələri birləşdirməli oldu:jurnalistikanı, tarixi siyasəti. 

Fikirləşirəm ki, Heydər Əliyev kimi bir titan katibliyini ancaq onun kimi yüksək insani dəyərləri peşəkar səriştəsi ilə harmoniyada olan bir insana etibar edə bilərdi. Onun yorulmazlığı, alim kimi qaydalı, nizamlı sistemli olması tutduğu vəzifədə əvəzolunmaz keyfiyyətlərdir. Bu əhvalatı da mənə Dilarə xanım özü danışıb məncə, indi onu bölüşməyin vaxtıdır.

Bir dəfə gecə saat on birə işləmiş Prezident ona zəng vurur 1998-ci il secki kampaniyası zamanı Biləsuvarda olmuş bir hadisəni xatırladıraq soruşur:“O uşağı tapmaq olarmı?”Məsələ belə olmuşdu. Prezidentin korteci kəndlərdən birindən keçəndə o, yolun kənarında dayanmış bir dəstə uşaq görür maşını saxladır. Bu zaman 11-12 yaşında cılız bir oğlan uşağı ona yaxınlaşır soruşur ki, Heydər baba, sənə heç olmayacaq ki? Sən qalacaqsanmı? Mən televizora baxıram, qorxuram ki, sənə nəsə olar... Uşaq təlaş içində idi. Prezident onu sakitləşdirir... İndi üstündən aylar keçəndən sonra Heydər Əliyev gecə vaxtı Dilarə xanımdan:“O uşağı tapmaq olarmı?”, – soruşurdu. Dilarə xanım: “Taparam”,- dedi. Xatırlayırdı ki, Prezident uşaqdan ayrıldıqdan sonra o,adəti üzrə, oğlana yaxılaşıb adını, soyadını soruşub, bloknota qeyd etmişdi. İndi qalırdı 1998-ci il bloknotundan adı tapmaq Biləsuvarla əlaqə saxlamaq. Səhəri gün Biləsuvardan xəbər gəldi ki, oğlan Bakıda xəstəxanada yatır. Uşağın doğma anası rəhmətə getmişdi, ona analıq baxırdı. Prezidentin göstərişi ilə oğlanı tapdılar, müalicəsini uğurla başa vurdu...

Mən bu əhvalatı lap nağıl kimi danışıram. O, özü-özlüyündə o qədər söz deyir ki, şərhə ehtiyac qalmır. Fikirləşirəm ki, bu əhvalat ulu öndərin haqqında bizə yeni sözlər dediyi kimi,  O qadın kimdir? O, işlə məşguldur?” sualı ilə yanaşı, “Öz işini necə peşəkarlıqla görür?” sualına da cavab verir...

Bir dəfə Dilarə xanım sözarası ulu öndərlə işlədiyi günləri bir cümlə ilə çox dəqiq ifadə etdi o cümlə yaddaşıma həkk olundu: “Onunla işləmək bayram idi”... Bu yerdə mən bizim ikimiz üçün bayram olan başqa bir günü xatırlayıram.

Prezident Bibiheybət məscidində tikinti işlərinin gedişinə baxmağa gəlmişdi. Hər şey həmişəki axarı ilə gedirdi. Birdən Presidenti müşayiət edən qadın deputatlar onunla məsciddə şəkil çəkdirmək istədiklərini bildirdilər. Prezident etiraz etmədi. hamı maqnitin cəzbinə düşmüş kimi onun başına toplaşdı. Biz Dilarə xanımla bir kənarda durub bu səhnəyə baxırdıq. Həmin məqamda mənim ürəyimdən Prezidentlə bu çox sevdyim məsciddə şəkil çəkdirmək keçdi. Görünür, bu arzu ürəyimdən keçəndə Allahın dərgahının açıq vaxtı idi. Heç iki dəqiqə keçmədi. Prezident şəkilçəkdirmə mərasimi bitəndən sonra bizim yanımızdan ötüb qapıya yönəlmək istəyəndə qəfil ayaq saxladı. Mən kəlağayı örtmüşdüm, özümə bənzəmirdim.“Bu, sənsən? Mənə deyiblər ki, sən dindarsan”,-dedi.Sonra Dilarə xanımla mənə baxıb: “Mənim bu qızlarla şəklimi çəkin”,-dedi. Beləcə bizim üçün əvəzsiz bir foto yadigar qaldı. Bu həm Dilarə xanımla məni birləşdirən ən şirin xatirələrdən biridir...

Bu gün bu yazını yazarkən bir çox faktları qədiqləşdirmək üçün yaddaşıma deyil, 1998-ci ildə nəşr olunmuş bir kitaba müraciət edirəm. Bu,“Prezident. Xronika: 1993-1997” kitabıdır. Kitabın tərtibçi-müəllifi mənəm vaxtilə onun hazırlamaq nəşr etmək icazəsini şəxsən ulu öndərin özündən almışam. Kitab Heydər Əliyevin 1993- ildə respublikaya rəhbərliyə qayıdışından 1997-ci ilin oktyabrına kimi fəaliyyətinin rəsmi xronikasıdır. Tale elə gətirdi, kitabın ikinci hissəsini mənə iki il bundan əvvəl AMEA-nın Bakıxanov adına Tarix İnstitutunda elmi işçi işlədiyim müddətdə toplamaq qismət oldu.Xronikanı Akademiyanın kitabxanasında AzərTAc-ın materialları əsasında bərpa edirdim. Amma bütün işlərdə olduğu kimi dəqiqləşdirilməli məqamlar da vardı. mən onda Dilarə xanıma müraciət etdim. O, mənə çox böyük yardım etdi: kitabın son variantı ən etibarlı mənbə ilə tutuşduruldu. Yalnız bundan sonra mən tədqiqatçı kimi ürəklə deyə bilərəm ki, Tarix İnstitutunun Elmi Şurasının təsdiq etdiyi bu əlyazma Prezident Heydər Əliyevin 1993-2003- il fəaliyyətinin ən səhih müfəssəl rəsmi xronikasıdır. Bu xronikaya güvənmək olar. Dilarə xanımın özünə güvənə bildiyimiz kimi...

Dilarə xanım güvənli bir insandır, dəqiq desəm, güvənc yeri sayılan insanlardandır.  Çoxçox illər öncə, işim düyünə düşmüşdü, yerimi tərk etmək təhlükəsi vardı. Həmin məqamda real olaraq mənə kömək edə biləcək bir insan vardısa, o da Dilarə xanım idi. Sentyabrın əvvəlləri idi, iki gündən sonra Prezident Nyu-Yorka BMT-nin Baş Məclisinə yola düşməli idi. O, işi başından aşsa da, vaxt tapıb, məni qəbul etdi. Dinlədi sonra yanımdaca zəng vurdu.Qısa, lakin çox qəti bir söhbət məsələnin sözsüz həlli. Sonralar mən Dilarə xanıma dedim ki, o, həmin anda doğma anam Dilarə (onlar anamla adaşdırlar) mənə edə bilərdisə, onu etdi...

Bu gün Dilarə xanımın ad günüdür. O, mənim üçün həm çox əziz insandır. Mən bu günə öz doğma anamın ad gününə sevindiyim qədər sevinirəm, Dilarə xanım. Həmişə var olun, mənim Güzgüİnsanım. qoy bu Güzgüyə təkcə Mirfuada, Mirmusaya deyil, onların övladlarına da baxmaq qismət olsun! Amin!

 





27.10.2014    çap et  çap et