525.Az

Yunanıstandakı yanğında 146 ev yararsız hala düşüb


 

Yunanıstandakı yanğında 146 ev yararsız hala düşüb<b style="color:red"></b>

Yunanıstanda avqustun 11-də Afina yaxınlığındakı Varnavasda başlayan və ilin ən böyük fəlakəti hesab edilən yanğında 146 ev yararsız hala düşüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, yanğından zərər çəkmiş ərazilərdə tikililərin tədqiqi istiqamətində aparılan işlərin birinci mərhələsi başa çatıb.

İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinə bağlı qruplar tərəfindən aparılan araşdırmada birinci mərhələdə yoxlanılan 242 evdən 146-nın istifadəyə yararsız olduğu bildirilib.

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, Vrilisiadan Halandriyə yayılan yanğında 104 kvadrat kilometr ərazinin yandığı ifadə edilib.

Afina Milli Rəsədxanası həmçinin Afinanın da daxil olduğu Attiki bölgəsində son 8 ildə 450 kvadrat kilometr meşə sahəsinin yandığını və bunun bölgənin ümumi meşə sahəsinin 37 faizini təşkil etdiyini açıqlayıb.

Malik Atilay 

 





26.08.2024    çap et  çap et