Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Glika Nera bölgəsində 80 yaşlı şəxsin qəsdən 4 yanğın törətdiyi səbəbiylə nəzarətə alındığı bildirilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, yunan mətbuatında çıxan xəbərdə sözügedən şəxsin avqustun 11-də ard-arda baş verən yanğınlarla bağlı nəzarətə alındığı, şübhəlinin sabah prokurorluğa ifadə verəcəyi qeyd edilib.
Sözügedən tarixdə Glika Nerada 4 yanğın törətdiyi təsbit edilən 80 yaşlı şübhəlinin avtomobilində boş benzin qutuları tapılıb.
Qeyd edək ki, təhlükəsizlik kamerası görüntülərində şübhəlinin quru otların içinə yanar material atdığı görünür.
Malik Atilay
çap et