525.Az

"Lufthansa" Yaxın Şərqə uçuşların ləğvini avqustun 26-dək uzadıb


 

"Lufthansa" Yaxın Şərqə uçuşların ləğvini avqustun 26-dək uzadıb<b style="color:red"></b>

Almaniyanın "Lufthansa" aviaşirkətinin Yaxın Şərqdəki gərginliyə görə Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə uçuşların təxirə salınmasının müddətini uzatdığı bildirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, "Luftansa" tərəfindən edilən açıqlamada, mövcud təhlükəsizlik təhlilinə əsasən, Yaxın Şərqdəki əməliyyatlarının yeniləndiyi bildirilib.

Açıqlamada, Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşların avqustun 26-na qədər dayandırıldığı və ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğv etmə variantının təklif edildiyi bildirilib.

Qeyd edək ki, "Lufthansa" daha əvvəl Yaxın Şərqdəki hadisələrlə əlaqədar apardığı təhlükəsizlik təhlili çərçivəsində Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşları avqustun 21-dək ləğv etmişdi.

Malik Atilay 

 





25.08.2024    çap et  çap et