525.Az

Qəzzada ölənlərin sayı 40,4 mini ötüb


 

Qəzzada ölənlərin sayı 40,4 mini ötüb<b style="color:red"></b>

2023-cü ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 40 405 nəfərə çatıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 93 468 nəfər xəsarət alıb.

Qeyd olunub ki, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 71 nəfər ölüb, 112 fələstinli yaralanıb.

 





25.08.2024    çap et  çap et