525.Az

Ölüm virusu


 

Ölüm virusu<b style="color:red"></b>

Bütün dünyanı lərzəyə salan Ebola virusunun qurbanlarının sayı durmadan artır. Demək olar ki, bu gün hər kəs sözügedən  xəstəlik haqqında danışır. Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindənbəşər tarixinin ən qəddar virus xəstəliyiadını alıbİnsanlarda primatlarda rast gəlinən bu xəstəlik daha çox ölümlə nəticələnir. Virus haqqında daha ətraflı məlumat almaq üçün həkim, yoluxucu xəstəliklər üzrə mütəxəssis  Hicran Xıdırova ilə görüşüb söhbət etdik.

Hicran xanım, Ebola virusu haqqında bir qədər məlumat verərdiz,ilk dəfə necə yaranıb?

Ebola virusu Ebolovirus cinsindən filoviruslar ailəsinə mənsubdur. Laborator olaraq, leykositopeniya, trombositopeniya qaraciyər fermentlərinin qalxması ilə müşaiyət olunur. İlk dəfə Ebola virusu epidemiyası 1976- ildə hemorargik  qızdırma adı altında  Nazar, Sudan İmbukda-Konqo Demokratik Respublikasında müşahidə olunub. İkincipartlayışEbola çayı sahilində baş verib ki, virus adını buradan götürüb. Ümumilikdə Ebolaviruslar 5 növə bölünür ki, bundan  4-ü insanda xəstəlik törədə bilir. Hal-hazırda yayılan zair növüdür.

İlk dəfə Afrika ölkələrində yaranıb hazırda da daha çox bu ölkələr əziyyət çəkir virusdan, bunun səbəbi nədir?

Ona görə ki, virusun təbii rezervuarı ekvatorial meşələrdir. Yoluxma ilk dəfə meyvələrlə qidalanan yarasalarda baş verib.  Digər tərəfdən bildiyimiz kimi, bu ölkələrdə əhalinin qidalanması fərqlidir. Onlar vəhşi heyvan ətləri yeyirlər, dəfn mərasimlərində ölən xəstələrlə sıx kontaktda olurlar  ki, bu da xəstəliyin yayılmasına  səbəb olur.

Xəstəliyin əlamətləri nədir?

Bu xəstəlik əsasən hərarətin qalxması, zəiflik, əzələ başağrısı, boğaz ağrısı, qusma, qarın ağrısı, səpgilər, burunda, ağızda qanaxmaların olması, daha sonra böyrək qaraciyər funksiyalarının pozulması ilə müşaiyət olunur. Çox zaman əlamətlərinə görə diaqnoz qoymaq çətinlik yaradır. Bəzən meningitlə, yuxarı tənəfüss yolları infeksiyalarının ağırlaşması ilə qarışdırırlar. Lakin konkret virus var, qanda virusun aşkarlanması eyni zamanda, özünün laborator göstəriciləri var. Məsələn, bu virusun  təsirindən qaraciyər enzimləri çox yüksəyə qalxır, trombositlər aşağı düşür.

Ebola insana necə yoluxur?

Virus digər infeksion xəstəliklərdən fərqli olaraq  hava-damcı yolu ilə yoluxmur. Xəstə insanın, qan digər toxuma mayesi ilə kontakt nəticəsində baş verir. Bu səbəbdən virusa qarşı heç bir peyvəndin olmadığını nəzərə alaraq, sadəcə şübhəli xəstələrlə kontaktdan çəkinmək lazımdır. Dəfn mərasimlərində ölü insana toxunmaq yoluyla da virusa yoluxmaq mümkündür. Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anıyla xəstəliyin əlamətlərinin müşahidəsi arasındakı müddət) 2 gündən 21 gün arasında dəyişə bilir. Qanlarında daxili əzalarında virus daşıdıqları müddətcə insanlar infeksiya daşıyıcısı hesab olunur. Xəstəliklə bağlı hər hansı konkret terapevtik müalicə planı yoxdur. Müalicə sadəcə, simptomatik olaraq həyata keçirilir. İnsan bu xəstəliyə yeni yoluxarsa, onu xilas etmək mümkündür. Lakin əgər xəstə sağalarsa bu virus onun orqanizmində  iki həftə müddətində canlı olaraq yaşayır. Bu səbəbdən hətta sağalan insanla da kontaktda olmaq bir risklidir. Təəssüf ki, virusa qarşı peyvənd mövcud deyil, heç bir  farmokoloji kampaniya peyvənd istehsal etməyi üzərinə götürmüyüb.  Çünki xəstəlik daha çox Afrika ölkələrində yayılıb, bu ölkələrdə iqtisadi vəziyyət zəif olduğundan satış onları qane etmədiyinə görə qarşısını alacaq heç bir tədbir görülmür. Bu günlərdə Rusiyada bir peyvənd olduğunu söyləsələr , bu, geniş şəkildə tətbiq edilmədi.

Azərbaycanda Ebolanın yayılma ehtimalı varmı?

Ehtimal həmişə hər yerdə müəyyən qədər var. Lakin ölkəmizdə Səhiyyə Nazirliyi virusun yayılmaması üçün müəyyən tədbirlər görür. Ümumiyyətlə, hansısa virus yayıldıqda böyük bir təhlükə yaradır. Lakin mənə elə gəlir ki, Ebola quş qripi, donuz qripi qədər təhlükə yaradacaq bir virus deyil. Amma pis tərəfi odur ki, çox sürətlə yayılır. Belə xəstələrin evdə gizli saxlanması, onlara qeyri-peşəkar qulluğun olması xəstəliyin yayılmasına gətirib çıxara bilər.  Mən belə düşünürəm ki, əgər Azərbaycanda bu virus aşkarlansa, bunun müalicəsini yerinə yetirəcək  yetərincə peşəkar yoluxucu xəstəliklər üzrə mütəxəssislər  var. 

Daha çox risk altında olan kimlərdir?

Ebola pasientləri ilə yaxın təmasda olanların hamısı risklə üzləşir. Xəstələri müalicə edən tibb işçiləri bütün bədəni örtən qoruyucu geyim gözlükdən istifadə edirlər. Buna rəğmən yüzlərlə adam ölüb. Xəstənin ailə üzvləri risk kateqoriyasına aid edilir. Qərbi Afrika ölkələrində mərhuma toxunmaq sarılmaq adəti var cəsəd dəfn olunmazdan öncə yuyulur. Ölümdən sonra bədəndəki virus hələ təhlükəli qalır.

Virusa yoluxmamaq üçün məsləhət görərdiniz?

İstənilən virus infeksiyasına yoluxmamaq üçün immun sistemin möhkəmlənməsi daha aktualdır. Biz artıq simptomları sadaladıq məsləhət görürük ki, bu simptomları özündə müşahidə edən pasientlər mütləq həkimə müraciət etsinlər. Xəstələrin maarifləndirilməsinə ciddi ehtiyac var. Hazırda dünyada Ebolaya yoluxanların sayı 9 min nəfərdir. Onların təxminən 4,5 min nəfəri həyatını itirib. Ölüm hadisələrinin əksər hissəsi Qvineya, Liberiya digər Qərbi Afrika ölkələrində olub. Bu, 40 il əvvəl aşkar edilən virusun törətdiyi ən geniş epidemiya halıdır. Azərbaycanda bu virusun yayılmaması üçün əhəmiyyətli tədbirlər görülür. Virusa qarşı tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycanın sərhəd-buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, son zamanlar bəzi ölkələrdə Ebola virusunun yayılması ilə əlaqədar dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyəti dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib. Digər xəstəliklər kimi Eboladan da qorunmağın ilk yolu gigiyenik qaydalara əməl etməkdir. Çalışın əllərinizi tez-tez sabunla yuyasız, ölü heyvanlarla təmasdan qaçın.

Samirə QULİYEVA

 





27.10.2014    çap et  çap et