525.Az

Fələstin BRICS-ə qoşulmaq istəyir


 

Fələstin BRICS-ə qoşulmaq istəyir<b style="color:red"></b>

Fələstin BRICS-ə üzv olmaq üçün təşkilatın Kazan sammitindən sonra müraciət edə bilər.

525.az xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl bildirib.

“Sammitdə ilk iştirakımızdan sonra biz bu assosiasiyaya qoşulmaq üçün müraciət göndərəcəyik”, - səfir əlavə edib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasa BRICS sammiti çərçivəsində bütünlüklə Fələstinə həsr olunmuş sessiyanın keçiriləcəyinə söz verib. Diplomat sammitdən müsbət nəticələr gözlədiyini vurğulayıb.

BRICS-in Kazan sammiti oktyabrın 22-24-də keçiriləcək. Tədbirə üzv ölkələrin liderləri, eləcə də MDB-dəki tərəfdaşları, Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərqdə regional inteqrasiya birliklərinə sədrlik edən dövlət başçıları, beynəlxalq strukturların rəhbərləri dəvət olunurlar.

Pərvanə Sultanova

 





26.08.2024    çap et  çap et