NATO nümayəndələri başa düşürlər ki, Ukrayna hazırda alyansa qoşula bilməz, ona görə də ölkənin bu təşkilata inteqrasiyası üçün dəqiq vaxt çərçivəsini demirlər.
525.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov deyib.
Politoloqun sözlərinə görə, alyans üzvləri anlayırlar ki, Ukrayna NATO-ya daxil olarsa, təşkilat ciddi risklərlə üzləşə bilər. Bununla belə, onun sözlərinə görə, Kiyevin Qərb tərəfdaşları bu vəziyyətlə bağlı yüksək səslə bəyanatlar verməyə davam edəcəklər.
Ekspert əlavə edib ki, zaman keçdikcə Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirələrin intensivliyi daha da arta bilər. Bu, Ukraynada münaqişənin dondurulacağı və ya başa çatdırılacağı təqdirdə baş verəcək.
Bir gün əvvəl Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasını geridönməz yol adlandırıb. O xatırladıb ki, London Kiyevə ən böyük hərbi yardım təchizatçılarından biridir.
Pərvanə Sultanova
çap et