Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlığı və energetika sahəsindəki birgə fəaliyyəti müzakirə ediblər.
Qazaxıstan prezidentinin mətbuat xidmətinın yaydığı məlumatda isə bildirib ki, dövlət başçıları Vladimir Putinin Astanaya rəsmi səfərinə yüksək səviyyəli hazırlığın aparılması barədə də razılığa gəliblər.
Bundan əlavə, prezidentlər beynəlxalq gündəliklə bağlı müzakirə aparıblar.
Qeyd edək ki, Vladimir Putinlə Kasım-Jomart Tokayev arasında sonuncu görüş bu ilin 3 iyulunda Qazaxıstanda, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilib.
İbrahim Cəfərov
çap et