“Ayağa qalx, Fransa” partiyasının rəhbəri Nikola Düpon- Enyan Fransa prezidenti Emmanuel Makronu sərt tənqid edərək, onu ikiüzlü adlandırıb.
525.az xəbər verir ki, siyasətçi Makronun “Telegram” messencerinin təsisçisi Pavel Durovun saxlanılmasının siyasi qərar olmadığı barədə sözlərini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Makron Fransa prezidenti seçiləndən bəri ictimai azadlıqlara qəsd edir və azad ruhu boğmağa çalışır.
Qeyd edək ki, Durov Paris hava limanında saxlanılıb. O, «Telegram»da maliyyə və kibercinayətlərlə bağlı aparılan araşdırmada Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Pərvanə Sultanova
çap et