525.Az

Şarl de Qollun nəvəsi Durovun həbsini informasiya müharibəsi aktı adlandırıb


 

Şarl de Qollun nəvəsi Durovun həbsini informasiya müharibəsi aktı adlandırıb<b style="color:red"></b>

Fransanın sabiq prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll “Telegram”ın həmtəsisçisi Pavel Durovun Parisdə saxlanılmasını informasiya müharibəsi aktı adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, TASS-da keçirdiyi mətbuat konfransında bildirib.

“Son hadisələr bizim informasiya müharibəsi ilə nə dərəcədə qarşı-qarşıya olduğumuzu göstərir. Cənab Durovun hansı şəraitdə həbs edildiyi bəlli deyil, lakin bu həbsin məqsədi bir milyarda yaxın istifadəçisi olan alternativ informasiya orqanını boğmaqdır”, - Pyer de Qoll vurğulayıb.

 





26.08.2024    çap et  çap et