525.Az

Moldova prezidenti önəmli tədbirdən kənar qalacaq


 

Moldova prezidenti önəmli tədbirdən kənar qalacaq<b style="color:red"></b>

Moldova prezidenti Maya Sandu avqustun 27-də ölkəsinin müstəqillik günü münasibətilə keçiriləcək tədbirdə iştirak edə bilməyəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Adminstrasiyasının rəhbəri Adrian Belutsel "Telegram" hesabında yazıb.
Prezidentin tədbirdən kənar qalmasının səbəbi onun COVİD-19 virusuna yoluxmasıdır.

Maya Sandunun özünü yaxşı hiss etdiyini və evdən işlədiyini bildirən Adrian Belutsel tədbirin əvvəlcədən planlaşdırıldığı formada keçiriləcəyini də yazıb.

Qeyd edək ki, Moldova Respublikası 1991-ci il avqustun 27-də müstəqilliyini elan edib. 

L.Tağıyeva

 





26.08.2024    çap et  çap et