525.Az

Evli kişilər daha sağlam qocalır


 

Evli kişilər daha sağlam qocalır<b style="color:red"></b>

Kanadada aparılan yeni bir araşdırma, evli kişilərin subay kişilərə nisbətən daha sağlam qocaldığını ortaya çıxarıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Kanadanın Toronto Universitetində tədqiqatçılar tərəfindən aparılan 3 illik araşdırmada yaşı 60 və yuxarı olan 7600 Kanada vətəndaşının qocalma prosesləri ilə bağlı tapıntılar araşdırılıb.

Təhlil nəticəsində tədqiqatçılar müəyyən ediblər ki, evli kişilər subay kişilərdən iki dəfə daha yaxşı yaşlanır.

Malik Atilay

 





27.08.2024    çap et  çap et