525.Az

Nepalda TikTok-a giriş qadağası ləğv edilib


 

Nepalda TikTok-a giriş qadağası ləğv edilib<b style="color:red"></b>

Nepalda hökumət “ölkədə ictimai quruluşa ziyan vurduğu” əsası ilə qadağan edilən TikTok-u yenidən açmağa qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nepalın Rabitə və İnformasiya Texnologiyaları Naziri Prithvi Subba Qurung Nazirlər Şurasının iclasında TikTok qadağasının müzakirə edildiyini bildirib.

İclasda TikTok-a giriş qadağasının aradan qaldırılmasına qərar verildiyini ifadə edən Qurung, Baş nazir Khadga Prasad Olinin bütün sosial media platformalarına bərabər davranılması ilə bağlı təlimat verdiyini də ifadə edib.

Hökumət həmçinin bütün sosial media platformalarından Nepalda əlaqə ofisləri açmağı, vergiləri ödəməyi və ölkənin qanun və qaydalarına əməl etməyi xahiş edib.

Qeyd edək ki, Çin sosial media platforması TikTok-a giriş 2023-cü ilin noyabrında platformanın "ölkədə sosial quruluşa zərər verdiyi" səbəbi ilə qadağan edilib.

Malik Atilay

 





27.08.2024    çap et  çap et