525.Az
UEFA Azərbaycan klubunun adını “dəyişdirdi”
UEFA-nın rəsmi saytında Azərbaycan Premyer Liqasının debütantı "Araz-Naxçıvan" klubu ilə bağlı kobud səhvə yol verilib.
525.az-ın qol.az saytına istinadən verdiyi məlumata görə, komanda ali futbol qurumunun saytında "Araz Naxçıvan" kimi deyil, “MKT-Araz” klubu kimi təqdim olunub. Həmçinin saytda komandanın öz loqosu əvəzinə iki il öncə fəaliyyətini dayandıran “MKT-Araz” klubunun loqosu yerləşdirilib.
Qeyd edək ki, daha öncə UEFA-nın rəsmi saytında Azərbaycanın futzal klubu "Araz" “MKT-Araz” kimi təqdim edilmişdi.
27.10.2014
çap et