525.Az

​​​​​​​Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib


 

​​​​​​​Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib<b style="color:red"></b>

Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Baş naziri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, liderlər Rusiya-Hindistan strateji tərəfdaşlığının inkişafı və Ukraynadakı müharibəni müzakirə ediblər.

“Rusiya Prezidenti Vladimir Putinlə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə etdik. Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilib.

 





27.08.2024    çap et  çap et