Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
525.az xəbər verir ki, bu barədə “Kleine Zeitung” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Şallenberq avqustun 24-dən xəstəxanadadır. Ona görə də avstriyalı nazirin bu həftə üçün nəzərdə tutulmuş bütün tədbirləri və səfərləri təxirə salınıb.
“O, yaxşı vəziyyətdədir və əla xidmətə görə həkimlərə və tibbi personala səmimi şəkildə təşəkkür edir”, - deyə “Kleine Zeitung” qəzeti yazıb.
Həmçinin bildirilib ki, A.Şallenberq bazar ertəsi və çərşənbə axşamı Avstriyanın Alpbax şəhərindəki foruma qatılmalı idi. Forumda onun Xorvatiya və Rumıniyadan olan həmkarları ilə görüşü nəzərdə tutulmuşdu.
Cümə axşamı isə Aleksander Şallenberq Aİ xarici işlər nazirlərinin görüşü və GLOBSEC konfransında iştirak üçün Brüsselə getməli idi.
İbrahim Cəfərov
çap et