525.Az

Durov daha 48 saat nəzarət altında qalacaq


 

Durov daha 48 saat nəzarət altında qalacaq<b style="color:red"></b>

Teleqram messencerinin həmtəsisçisi Pavel Durov kibercinayətlə bağlı istintaq çərçivəsində daha 48 saat nəzarət altında qalacaq.

525.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Paris prokurorluğunun bəyanatına istinadən məlumat yayıb.  

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən, terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

İbrahim Cəfərov

 





27.08.2024    çap et  çap et