525.Az

Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib


 

Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib<b style="color:red"></b>

Ukrayna öz ballistik raketini uğurla sınaqdan keçirib.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

“Ukraynanın ilk ballistik raketinin sınağı müsbət olub”, - o vurğulayıb.

V.Zelenski təfərrüatları açıqlaya bilməyəcəyini söyləyib.

Ukrayna Prezidenti, həmçinin “Palyanitsa” dron-raketini xatırladıb və onun çox ciddi vasitə olduğunu qeyd edib.

Qeyd edilir ki, böyük ölçülü "Palyanitsa" dron-raketi uzaq məsafələrə uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda hədəfləri havada vurmağa imkan verir.

 





27.08.2024    çap et  çap et