525.Az
Rumıniya yığmasının yeni baş məşqçisi müəyyənləşdi
Viktor Pitsurkanın gedişindən baş məşqçisiz qalan Rumıniya yığmasının yeni çalışdırıcısı müəyyənləşib.
Lent.az-ın məlumatına görə, federasiya rəhbərliyi bu vəzifəni Anxel Yordaneskuya həvalə edib.
Qeyd edək ki, 64 yaşlı mütəxəssis buna qədər 2 dəfə Rumıniya yığmasını çalışdırıb. 1993-98 və 2002-04-cü illərdə millinin sükanı arxasında olan Yordanesku məşqçilik karyerası ərzində həmçinin “Styaua”, “Əl-Hilal”, “Əl-İttihad”, “Əl-Eyn” klublarına və Yunanıstan yığmasına başçılıq edib.
27.10.2014
çap et