525.Az

NATO-nun ilk böyük məğlubiyyəti Ukraynada yaşandı - Analitik


 

NATO-nun ilk böyük məğlubiyyəti Ukraynada yaşandı - <b style="color:red"> Analitik</b>

Ukraynada Şimali Atlantika Alyansının (NATO) qüvvələri ilk böyük məğlubiyyətə uğrayıb.

525.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

Onun sözlərinə görə, bu münaqişə NATO-nun ilk böyük məğlubiyyətinin əlamətidir. Analitik hesab edir ki, Rusiya ordusu NATO-nun istənilən silahını məhv edə biləcəyini göstərdi: “Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsinə hücumla ABŞ Rusiya ilə proksi müharibəsində sərhədi keçdi və Moskvanın bunu bağışlamayacaq”.

Amerikalı analitik əlavə edib ki, Rusiya ABŞ-a qarşı öz üsullarından istifadə edəcək, xüsusən də Meksikanın narkotik kartellərini silahla təmin edə bilər. Onun sözlərinə görə, Rusiyanı dayandıra biləcək bir NATO silahı yoxdur.

Pərvanə Sultanova

 





27.08.2024    çap et  çap et